Modern.az

“Poroşenko Ukrayna xalqının düşmənidir”

“Poroşenko Ukrayna xalqının düşmənidir”

10 Fevral 2017, 13:42

Ali Radanın deputatı Nadejda Savçenko prezident Pyotr Poroşenkonu Ukrayna xalqının düşməni adlandırıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə yerli telekanallardan birinə müsahibəsi zamanı deyib.

 

“Mən onu opponentim hesab etmirəm, xalqımın düşməni sayıram”.

 

Savçenko prezidenti yalnız 1 dəfə azad olunduqdan sonra gördüyünü, yarım ildən artıq müddətdir ki, prezident administrasiyasından heç kəslə görüşmədiyini dilə gətirib.

 

Pyotr Poroşenko ilə yeni görüşünün olması ehtimallına isə deputat “Yox. Bilirsiz, səhərəlr belə axmaq arzularla oyanmıram” –deyə cavab verib.

 

O, həmçinin prezident olmaq istədiyini də deyib.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB