Modern.az

"ABŞ Avropanın siyasətinə qarışmamalıdır" - Federiko Moqerini

"ABŞ Avropanın siyasətinə qarışmamalıdır" - Federiko Moqerini

10 Fevral 2017, 23:36

Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federiko Moqerini Amerika Birləşmiş Ştatlarında maraqlı açıqlama ilə çıxış edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyi komissarı jurnalistlərə açıqlamasında ABŞ-ı Avropanın siyasətinə qarışmamağa çağırıb.

Federika Moqerini bildirib ki, ABŞ Avropanın siyasətinə qarışmamalıdır: "Biz ABŞ-ın siyasətinə qarışmırıq. Ümid edirik ki, Amerika da Avropanın siyasətinə qarışmayacaq".

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federiko Moqerini ABŞ-ın dövlət katibi Reks Tillersonla da müzakirələr aparıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB