Modern.az

Yol polisi ilə qalmaqal yaşayan futbolçu niyə “Neftçi”nin adından istifadə edib?

Yol polisi ilə qalmaqal yaşayan futbolçu niyə “Neftçi”nin adından istifadə edib?

11 Fevral 2017, 13:43

“Elton Yaqublu ilə yol polisi arasında yaşanan insident transfer pəncərəsi bağlanan müddətdə baş verib. Bu baxımdan Elton Yaqublunun özünü “Neftçi” futbol komandasının üzvü kimi təqdim etməsində qəbahətli bir şey yoxdur”.

 

Bu sözləri Modern.az-a bir neçə gün əvvəl oyunçusu yol polisini təhqir edən “Səbail” futbol klubunun mətbuat xidmətinin rəhbəri Firuz Qarayev deyib.

 

O bildirib ki, futbolçunun bir klubdan digərinə keçidi prosedur məsələdir:

“Bu müddətdə sənədləşə işləri həyata keçirilir. “Neftçi” ilə “Səbail” arasında transferlə bağlı razılıq əldə olunmuşdu. Amma transfer pəncərəsi bağlanmadığından Elton Yaqublu özünü “Neftçi”nin oyunçusu kimi təqdim etmişdi”.

 

Xatırlatma: 3 fevral 2017-ci ildə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov Modern.az-a açıqlamasında qış mövsümündən etibarən Elton Yaqublu ilə çalışmadıqlarını bildirib. O, öz növbəsində futbolçunun yeni yaradılan “Səbail” futbol klubuna transfer olduğunu açıqlayıb.

“Səbail” rəsmisi futbolçunun bu məsələdə özünü təqsirli bilmədiyini qeyd edib. O bildirib ki, yol polisi onu saxlayıb, amma aralarında hər hansı insident yaşanmayıb. Ona görə də bununla bağlı kiməsə xəbərdarlıq edilməsinə lüzum yoxdur. O ki qaldı futbolçunun barəsində mətbuatda gedən informasiyadan narahat olmasına, bu, təbiidir. Heç kim haqqında neqativ xəbər yazılmasını istəməz”.

 

“Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda “Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da “Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını  kobud şəkildə pozub. 

 

Modern.az-ın məlumatına görə, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü “Neftçi” futbol klubunun oyunçusu kimi təqdim edib və ona protokol yazan yol polisini təhqir edib. Futbolçu saytımıza açıqlamasında qayda pozuntusu faktını təsdiqləsə də, yol polisini təhqir etmədiyini deyib.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB