Modern.az

ABŞ Gürcüstanda hərbi baza tikir

ABŞ Gürcüstanda hərbi baza tikir

11 Fevral 2017, 16:37

ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi tikəcək.

Trend xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levon İzoriya ilə ABŞ-ın briqada komandiri Antonio Aqustonun Almaniyadakı görüşündə razılıq əldə edilib.

Mərkəz ABŞ-ın Almaniyadakı bazasına oxşar şəkildə inşa ediləcək.

Gürcüstanın müdafiə naziri qeyd edib: "Bu çox iddialı bir plandır və bu il həyata keçirmək niyyətindəyik".

Yaxın vaxtda A.Aqustonun tikintinin detallarını müzakirə etmək üçün Gürcüstana səfəri gözlənilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB