Livanın Tele-Liban dövlət televiziyasındakı populyar musiqili-əyləncəli proqramının müəllifi və aparıcısı Dalia Freyfir Ginnesin rekordlar kitabına düşə bilib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, sutka boyu Livandan və digər ərəb ölkələrindən olan 40-dan çox musiqiçi, müğənni, aktyor, yazıçı və rəssamla fasiləsiz tok-şou aparıb.
Verilişdə, ümumilikdə, 91 nəfər iştirak edib.
“Baladi” xəbərlər saytı qeyd edir ki, Dalianın uğuru onun sutka ərzində apardığı tok-şoudakı həmsöhbətlərini görməməsidir.
Populyar teleaparıcı 18 yaşında yol qəzasına düşərək görmə qabiliyyətini itirib.
Bu faciəni yaşamasına baxmayaraq, arzusunu reallaşdırmağa mane olmayıb və Livanın elit KİV-də layiqli yerini tuta bilib.
O, əvvəlcə “İzzat Lobnan” radio stansiyasında, sonradan milli televizyada işləməyə başlayıb.
Modern.az