Modern.az

Azərbaycanda 21 faiz NATO-nu özünün müdafiəçisi sayır

Azərbaycanda 21 faiz NATO-nu özünün müdafiəçisi sayır

11 Fevral 2017, 22:05

Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nu özünün müdafiəçisi sayır. Modern.az saytı xəbər verir ki, bu barədə "Trend" Amerikanın "Gallup" şirkəti tərəfindən dərc edilmiş sorğunun nəticələrinə istinadən xəbər verir.

 

2016-cı ildə keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının 16 faizi NATO-nu təhlükə sayır, 44 faizi isə bu təşkilatı nə müdafiə nə, təhlükə mənbəyi hesab etmirlər.

 

Bundan əlavə, Gürcüstan vətəndaşlarının 37 faizi NATO-nu müdafiçi qismində, 8 faizi təhlükə qismində görürlər. Vətəndaşların 35 faizi isə təşkilatı nə müdafiəçi, nə də təhlükə hesab etmirlər.

 

Ermənistanda NATO-nu 8 faiz əhali özünün müdafiəçisi, 20 faiz isə təhlükə hesab edir. 38 faiz Ermənistan vətəndaşı təşkilatı nə müdafiəçi nə, təhlükə hesab etmirlər.

 

Qeyd edək ki, sorğu 2016-cı ildə telefon vasitəsi ilə keçirilib. Sorğuda hər ölkədən 15 yaşdan yuxarı 1000 nəfər iştirak edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB