Modern.az

İsrail Azərbaycandan sonra ölümcül silahı sınaqdan keçirdi - Video

İsrail Azərbaycandan sonra ölümcül silahı sınaqdan keçirdi - Video

11 Fevral 2017, 22:30

Fevralın əvvəllərində İsrailin “Israel Aerospace Industries” şirkəti dənizdə yerləşən “Barak-8” zenit-raket kompleksini (ZRK) sınaqdan keçirib. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə upi.com məlumat yayıb.

 

ZRK-nin sınaqları uğurla keçib. “Barak-8” sistemi bir neçə hədəfi müxtəlif döyüş ssenariləri üzrə məhv etməyi bacarıb.

 

Mənbəyə əsasən, bu cür sınaqları ilk dəfə ötən ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələri də keçirib. Azərbaycan İsraildən 12 zenit qurğusu və 75 raket alıb.

 

Mütəxəssislərin fikrincə, “Barak-8” sistemi “İskəndər” raket kompleksini neytrallaşdırmaq iqtidarındadır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB