Modern.az

1 milyon dollarlıq başa sahib qadın - Foto

1 milyon dollarlıq başa sahib qadın - Foto

Dünya

11 Fevral 2017, 22:59

Terror təşkilatı olan İŞİD peşmərgə və YPG sıralarında döyüşdükdən sonra Danimarkaya geri qayıdan Coanna Palaninin başına 1 milyon dollar mükafat təyin edib. Modern.az saytı xəbər verir ki, cebhe.info-nun məlumatına görə, barəsində ölkəsində cinayət işi açılan Palani iştirak etdiyi döyüşlərdə 100-dən çox İŞİD döyüşçüsünü öldürüb.

 

Buna görə də İŞİD-in 1 nömrəli hədəfi seçilib.

 

Hazırda Danimarkada yaşadığı deyilən qadının 23 yaşı var, İran əsillidir. İraq və Suriyada döyüşüb. Daha sonra Danimarkaya gedib və geri qayıtmaması üçün 2015-ci ildə pasportu müsadirə olunub. Ancaq qadağaya baxmayaraq, döyüşə qayıtmağı bacaran gənc qadın yenidən Danimarkaya döndüyündə mətbuata verdiyi açıqlamada hətta Dohaya qədər getdiyini etiraf etmişdi.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB