Modern.az

Əlikram Hümbətovun adamı Ermənistana getdi - FOTO

Əlikram Hümbətovun adamı Ermənistana getdi - FOTO

11 Fevral 2017, 23:57

Ermənistan hakimiyyəti Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda "müvəqqəti sığınacaq" müraciətini qəbul edib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, "Tolişi Sado" qəzetinin jurnalisti və "Talış azadlıq hərəkatının" üzvü müraciətində "Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna" görə ölkəni tərk etməyə "məcbur olub".

Həmçinin, bildirilir ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib.

Qeyd edək ki, Şahin Mirzəyev Əlikram Hümbətovun yaxın adamı kimi tanınır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB