Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD terror təşkilatının 174 obyektinə zərbə endirib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, zərbələr nəticəsində son sutka ərzində eyni zamanda 42 İŞİD üzvü zərərsizləşdirilib.
Qeyd edək ki, ümumulikdə, “Fərat qalxanı” başladıqdan Suriyada 1875 kvadrat metr ərazi terrorçulardan təmizlənib, 2000-dən çox silahlı zərərsizləşdirilib.
Modern.az