Modern.az

Şəhid Fuad Qafarov Xaçmazda dəfn olunub

Şəhid Fuad Qafarov Xaçmazda dəfn olunub

Aktual

12 Fevral 2017, 15:25

Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn edilib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Yaylım atəşindən sonra şəhid F. Qafarov köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin tabutu üzərindəki bayraq şəhidin atasına təqdim edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB