Modern.az

Hamburq aeroportu naməlum maddə sızması ilə əlaqədar bağlanılıb

Hamburq aeroportu naməlum maddə sızması ilə əlaqədar bağlanılıb

Dünya

12 Fevral 2017, 17:23

Almaniyanın Hamburq şəhər aeroportunda naməlum maddənin sızması nəticəsində 50 nəfər xəsarət alıb.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aeroport bağlanıb, hava əlaqəsi dayandırılıb, bütün terminallardan insanlar evakuasiya edilib.

Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətlənirlər.

 

İlkin məlumata görə, sızma kondisioner sistemində baş verib. Hazırda mütəxəssislər hansı maddənin sızdığını araşdırırlar. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB