Modern.az

Bakı küçələrini maşınlar təmizləyəcək - VİDEO

Bakı küçələrini maşınlar təmizləyəcək - VİDEO

12 Fevral 2017, 22:09

Günün əksər vaxtlarında hava şəraitindən asılı olmayaraq küçələrdə hətta sürət həddi yüksək olan prospektlərdə təmizlik işləri görən komunal xidmət işçilərini həmişə görmək mümkündür. Artıq bu insanlar nə öz həyatlarını təhlükəyə atacaqlar, nə də sürücülərə mane olacaqlar. Çünki küçə və prospektləri xüsusi maşınlar təmizləyəcək. Modern.az saytı xəbər verir ki, "Xəzər Xəbər"in məlumatına görə, küçələrdə təmizlik işlərinin görülməsi üçün Bakı Nəqliyyat Agentliyinin təklifi əsasında yenİ qərar hazırlanıb.

Beləki, yeni qərara əsasən komunal xidmət işçiləri küçə və prospektlərdə təmizlik işləri görməyəcəklər. Onların həyatını təhüləkəyə ataraq gördüyü işləri isə xüsusi süpürən-təmizləyən maşınlar edəcək.

Artıq Nazirlər Kabineti tərəfindən bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB