Modern.az

"Üçlük" bu gün blok yaradacaq

"Üçlük" bu gün blok yaradacaq

13 Fevral 2017, 12:10

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər naziri, “Birlik” partiyasının lideri Vardan Oskanyan və “İrs” partiyasının rəhbəri Raffi Ovannisyan bu gün parlament seçkilərində iştirak məqsədilə memorandum imzalayacaq.

 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, “İrs” partiyasının sədr müavini Armen Martirosyanın verdiyi xəbərə görə, fevralın 12-də idarə heyətinin iclasında seçkilərdə bu formatda iştirakla bağlı yekdilliklə qərar qəbul olunub.

 

Xatırladaq ki, Oskanyan-Ohanyan blokunu “Milli özünütəyinetmə” birliyi və Demokratik Partiyası tərk ediblər.

 

Bundan əlavə, “İrs”in bloka qoşulması səbəbindən Viktor Dallakyanın sədri olduğu “Üçüncü respublika” partiyası da blokdan ayrılıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!