Modern.az

Elmar Məmmədyarov: “Plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək”

Elmar Məmmədyarov: “Plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək”

Aktual

13 Fevral 2017, 14:13

"Azərbaycan və Gürcüstan arasında strateji dostluq əlaqələri var".

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.

M.Canelidze Azərbaycanla strateji əlaqələrin mövcudluğu vurğulayıb.

"Diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edirik. Azərbaycan ilə möhkəm əlaqələr qurduğumuza görə fəxr edirik. Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək”.

M.Canelidze hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xüsusi qeyd edib.

“Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!