Modern.az

Ziya Məmmədov işsiz qalmasından DANIŞDI: “Heç bilmirəm nə olacaq...”

Ziya Məmmədov işsiz qalmasından DANIŞDI: “Heç bilmirəm nə olacaq...”

13 Fevral 2017, 15:26

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov başçılıq etdiyi nazirliyin nəhayət ləğv olunmasına və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə şərh verib. O, unikal.org-a deyib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir: "Aidiyyatı üzrə icra olunmasını zəruri hesab edirəm”.

“Bundan sonra hansı işlə məşğul olacaqsınız? - sualına sabiq nazir belə cavab verib: "Hələ sərəncamla tanış olmamışam. Oxuyum sonra bu barədə danışarıq”.

Keçmiş nazir müsavat.com-a da açıqlama verib. Bunları deyib: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!