Modern.az

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları məlum oldu

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları məlum oldu

13 Fevral 2017, 15:32

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün ictimaiyyətə  Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotlarını təqdim edib.

Modern.az xəbər verir ki, Azərbaycanın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları bu gündən IV İslam Həmrəyliyi Oyunlarının maskotları olaraq cəmiyyətə nümayiş olunur.

İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar.

 “İncə”, zəriflik və gözəllik nümunəsi olması ilə bərabər, eyni zamanda incəliyi və məlahəti ilə diqqət cəlb edir. “İncə” özündə millilik və müasirliyi məharətlə cəmləyir.

Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi  özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadır.

Bu gündən etibarən IV İslam Həmrəyliyi Oyunlarının maskotları olacaq “İncə” və “Cəsur” oyunlar öncəsi və zamanı əhalimizi oyunların bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda  mərkəz və regionlarımızda əsl idman bayramı əhval ruhiyyəsi yaradacaqlar.

Qeyd edək ki, maskotlar artıq illüstrasiya  şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaqlar.



Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!