Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Bu sərəncam iki nazirliyin əvəzində yeni bir nazirliyin yaradılmasını nəzərdə tutur. Ölkə başçısının bu gün imzaladığı digər sərəncamla Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Bu sərəncam faktiki olaraq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin ləğv edilməsi deməkdir.
Modern.az saytının xəbərinə görə, məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də danışıb. O bildirib ki, quldurların əksəriyyətinin axırına çıxılacaq.
“Mən bu quldurların əksəriyyətinin axırına çıxacağam. Bir korrupsionerin aqibəti Ziya Məmmədov kimi olmalıdır. Mən kimin haqqında fikir bildirirəmsə, “qara siyahı”ya salıramsa, demək ki, nəsə bilirəm. Mən buradan bir çoxlarına mesaj göndərirəm. Korrupsioner məmurlar, növbə sizindir. Xalqı belə talan edən məmurlar çoxdur. Ziya Məmmədov haqqında hər gün danışan Hafiz Hacıyev bu gün üçün danışırdı”.
Modern.az