Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan bəzi istiqamətlərdə sürət həddi aşağı salınıb.
Bu haqda Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.
Gülşən RAUFQIZI