Modern.az

"Reina terrorçusu" edam olunmasını istəyir

"Reina terrorçusu" edam olunmasını istəyir

13 Fevral 2017, 18:09

İstanbulda Yeni il gecəsi "Reina" əyləncə klubunda 39 nəfəri qətlə yetirən Abdulkadir Maşaripov edam olunmasını istəyir.

 

Modern.az-ın məlumatına görə, terrorçu məhkəməyə ifadəsində Türkiyə dövləti əleyhinə fəaliyyət göstərmədiyini bildirib: "Türkiyəyə qarşı bir hərəkət etmədim. Peşman deyiləm. Qisas aldığımı düşünürəm".

"Reina" hadisəsindən əvvəl hər hansı oxşar hərəkət etmədiyini deyən A.Maşaripov universitet məzunu və müəllim olduğunu qeyd edib:

 

"Mən İŞİD üzvüyəm. Dünyada xristianların törətdiyi qətllərə qarşı, onlardan intiqam almaq məqsədilə məhz onların bayram günündə bu addımı atdım. Məqsədim xristianları öldürmək idi. Haqqımda edam hökmü çıxarılsa, yaxşı olar.

 

Modern.az

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!