Modern.az

Zərərçəkmiş: "Akif Çovdarov məndən üç dəfə pul alıb" 

Zərərçəkmiş: "Akif Çovdarov məndən üç dəfə pul alıb" 

13 Fevral 2017, 18:27

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Trend-in məlumatına görə, prosesdə zərərçəkmiş Zakir Bədəlov epizodu üzrə şahid qismində dindirilən Zakir Mustafayev A.Çovdarovu həmyerlisi kimi tanıdığını söyləyib: "Mən Akif Çovdarovu elə də yaxından tanımıram. Zakirin mənə 500 min dollar borcu olub. Həmin puldan isə 270 min dolları geri qaytarıb. Pulun qalanını isə hələ də istəyirəm".

 

İttiham aktına əsasən, zərərçəkmiş Z.Bədəlov qohumu Z.Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. Onun sözlərinə görə, qohumu, Gürcüstan vətəndaşı Z.Mustafayev onu MTN vasitəsi ilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib.


Günün ikinci yarısında davam edən iclasda zərərçəkmiş şəxs qismində Nəsib Əliyev və Əflatun Kərimov ifadə verib. Hazırda həbsdə olan və dələduzluq maddəsi ilə ittiham olunan N.Əliyev deyib ki, A.Çovdarov ondan üç dəfə pul alıb.

Proses fevralın 15-də davam edəcək.

 

Modern.az

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!