Seçkilərdən sonra daha maraqlı proseslər başlaya bilər.
Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu fevralın 13-də “irs” partiyası ilə birgə parlament seçkiləri ilə bağlı blok yaradılmasından sonrakı jurnalistlərlə söhbətində keçmiş xarici işlər naziri, “Birlik” partiyasının lideri Vardan Oskanyan bəyan edib.
“Biz bütün siyasi qüvvələrlə əməkdaşlığa, ümumi qərargahın formalaşdırılmasına hazırıq. Biz Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün seçkidən sonra da əməkdaşlığa hazırıq”, - Oskanyan vurğulayıb.
Vardan Oskanyan – Raffi Ovannisyan – Seyran Ohanyanın yaratdığı blokda Dağlıq Qarabağdakı sepratçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanın da fəal iştirakı məsələsinə gəldikdə o, deyib: “Mən belə texniki söhbətlərdə iştirak etməmişəm. Bizim tərəfimizdən danışıq qrupu yaradılıb, Samvel Babayan isə orada olmayıb. Biz tələblərimizə uyğun olan blok yaratmışıq, hələ ki açıqdır, siyasi qüvvələrlə dialoqu davam etdiririk. Əgər müəyyən olunan müddətdə genişlənəcəksə, daha yaxşıdır. Əgər bu baş verməyəcəksə, indiki heyətlə tamamilə razıyıq”, - Oskanyan bildirib.
Modern.az