Modern.az

Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

13 Fevral 2017, 20:15

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə Azərbaycan-Latviya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsi, gələcək inkişaf perpektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov bildirib ki, Latviya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir: "Bu, hazırkı çağırışlar və təhdidlər baxımından son dərəcə vacibdir. Təşəkkür edirik ki, Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşür".

Latviya xarici işlər naziri  Edqars Rinkeviçs isə vurğulayıb ki, regiondakı vəziyyətin mürəkkəbliyi narahatlıq yaradır: "Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir. Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik. Bu, təkcə ATƏT-də deyil, Şərq Tərəfdaşlığı və Avropa İttifaqı çərçivəsində də müzakirə olunur”. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!