Modern.az

Pakistanda terror qurbanlarının sayı 13-ə çatıb

Pakistanda terror qurbanlarının sayı 13-ə çatıb

Aktual

13 Fevral 2017, 22:32

Pakistanın Lahor şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 83 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları insidenti terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, hadisə etiraz aksiyası zamanı baş verib. Aksiya iştirakçıları hökumətin dərman satışına dair qanunvericiliyə etdiyi dəyişikliklərə etiraz ediblər. Bu zaman üzərində partlayıcı qurğu olan şəxs motosikletini etirazçıların üzərinə sürüb. Hücuma görə məsuliyyəti "Taliban" hərəkatının Pakistan qolu ilə əlaqəli "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!