Qubanın dağ kəndlərində elektrik enerjisinin verilməsi bərpa olunub. Bu haqda Modern.az-a Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.
O qeyd edib ki, elektrik enerjisinin verilməsində yaranan fasilə şaxta ilə əlaqəli olub:
“Güclü şaxta səbəbindən naqillərdə qırılmalar olub. Problem yaranan Qonaqkənd, Növdün, Xaşı, Dəhnə kəndlərində elektrik verilməsi bərpa olunub”.
Y.Abidov Qubada hava şəraitinin normallaşdığını bildirib:
“Hazırda qar yağmır, günəşli hava hökm sürür. Amma buna baxmayaraq şəhərdə 15 santimetr, dağlıq ərazilərdə isə 25 santimetrə qədər qar var. Kəndlərə, o cümlədən Xınalığa gedən yol açıqdır”.
Gülşən RAUFQIZI