Modern.az

Hitlerin faşizmi təbliğ edən oxşarı saxlanıldı

Hitlerin faşizmi təbliğ edən oxşarı saxlanıldı

Aktual

14 Fevral 2017, 10:33

Avstriya polisi Adolf Hitlerin anadan olduğu Branau-am-İnne şəhərində Üçüncü reyxin liderinin kostyumunda gəzişən 25 yaşlı kişini həbs edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hitlerin kostyumundakı kişi  Üçüncü reyxin liderinin anadan olduğu evin yaxınlığında diqqəti cəlb edib.

 

Bundan əlavə, onunla kitab mağazasında İkinci dünya müharibəsi haqda jurnal oxuyanda da rastlaşanlar olub.

Onun saç düzümü və bığı, eləcə də kostyumu Hitleri xatırladır. Kişi yerli barda özünü Harold Hitler kimi təqdim edib. Bundan əlavə, Hitlerin evinin yanından keçənlərlə foto da çəkdirib.

 

 

“Bu, dəqiq karnaval zarafatı deyil, gənc art-layihə də deyil, gənc adam anlayır ki, o nə edir”, - şəhər polisinin nümayəndəsi deyib.

 

Hitler 1889-cu ildə Branau-am-İnnedə anadan olub. Onun Üçüncü reyxin rəhbəri kimi siyasəti İkinci dünya müharibəsi və Holokostla nəticələnib. Avstriyada Hitleri qəhrəmanlaşdırmaq cinayət hesab olunur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!