Modern.az

Müdafiə Nazirliyi Yazıçılar Birliyi ilə anlaşdı

Müdafiə Nazirliyi Yazıçılar Birliyi ilə anlaşdı

Aktual

14 Fevral 2017, 10:56

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris  müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, “dəyirmi masa”lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!