Modern.az

Koroğlu heykəlinin ətrafındakı küçələrdə işıqforlar işləmir

Koroğlu heykəlinin ətrafındakı küçələrdə işıqforlar işləmir

14 Fevral 2017, 11:43

Bakı şəhərində Koroğlu heykəlinin ətrafındakı küçələrdə işıqforlar işləmir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az-a açıqlama verib.


Vaqif Əsədov bildirib ki,  işıqforların işləməməsini təbii qəbul etmək lazımdır.

“Bunu faciə kimi elan etməməliyik. Hava şəraiti belə olanda bu hallar olur. Enerji çatışmazlığı olur, lampa xarab olur. Bu da təbii qəbul olunmalıdır. İşıqforun iş prinsipini itirməsi o demək deyil ki, həmin ərazidə xaos yaransın. Oradakı nişanlar nə üçündür? Sürücülər həmin nişanlara uyğun olaraq hərəkətlərin tənzimləsinlər.

Bölmə rəisi deyib ki, sürücülər və piyadalar bu durumdan narahat olmamalıdırlar.

"Yol hərəkətiylə bağlı işıqfor iş prinsipini itirirsə, bu, artıq nizamlanmayan yolayrıcı hesab edilir. Bu da sürücüləri çaşdırmamalıdır. Keçmə növbəliliyi həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun aparılmalıdır. Sizin vasitənizlə müraciət edirəm. İşıqforların işləməməyi sürücüləri, piyadaları çaşdırmasın. İnanıram ki, bu onları çaşdırmamalıdır. Əgər o ərazidə yol nişanı yoxdursa, sağdan yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verilməlidir ".

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!