Rusiyanın Kemerovo vilayətində qadın qiyafəsində oğurluqla məşğul olan kişi yaxalanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sonuncu dəfə Polısayevo qəsəbəsində dükan sahibinə yaxınlaşan 26 yaşlı fırıldaqçı onu cadudan xilas etmək üçün pullarını və saçını alaraq yaxın günlərdə ayini icra edib pulu qaytaracağını söz vermişdi.
Lakin “qadın”ın pulu da götürərək yoxa çıxdığını görən dükan sahibi polisə müraciət edib. 26 yaşlı adı açıqlanmayan gəncin əvvəllər də analoji cinayətlərdə iştirak etdiyi üzə çıxıb.
Vüqar İSMAYILOV