Modern.az

Taekvandoçumuz qızıl medal qazandı

Taekvandoçumuz qızıl medal qazandı

14 Fevral 2017, 12:29

Türkiyənin Antalya şəhərində taekvondo üzrə G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turniri davam edir.

 

Modern.az apasport.az saytına istinadən xəbər verir ki, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.

 

Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisinin mükafatları sırasına daha ikisi əlavə olunub. Belə ki, Reza Mehmandostun yetirmələrindən olan təmsilçimiz Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalı ilə kifayətlənib.

 

68 kq çəki dərəcəsində Sina Bəhrami isə bütün rəqiblərini məğlub edərək  “Turkish Open”-nin qalibi adına layiq görülüb.

 

Qeyd edək ki, yarışa bu gün yekun vurulacağı gözlənilir.  

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!