Modern.az

Siyavuş Novruzovdan Milli Şuraya xəyanətkarlıq İTTİHAMI

Siyavuş Novruzovdan Milli Şuraya xəyanətkarlıq İTTİHAMI

14 Fevral 2017, 12:56

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında Ermənistandan sığınacaq alan Şahin Mirzəyevin məsələsinə münasibət bildirib.

Modern.az saytının məlumatına görə, deputat bunu vətənə xəyanət kimi qiymətləndirib:

“Şahin Mirzəyev bir zaman Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə dərnək səviyyəsində olan bir qurumun - Milli Şuranın üzvü idi. O, həmin qurumun bir növ ruporuna çevrilmişdi. İndi baxın. Belə xəyanətkarları öz sıralarına cəlb edən qurumun rəhbərləri ölkəyə rəhbərlik etmək iddiasında idilər. Bu da onların bir daha xəyanətkar olmasının sübutudur”.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!