Modern.az

Bakı-Sumqayıt yolunda ağır qəza

Bakı-Sumqayıt yolunda ağır qəza

14 Fevral 2017, 19:41

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib. Modern.az saytı "Trend"ə istinadən xəbər verir ki, avtomobil magistralında Bakı şəhəri istiqamətində hərəkət edən "01 BH 994" dövlət nömrə nişanlı "Qazel" markalı, yük maşını aşıb.

Bişmiş kərpicdən ibarət yükün ağırlığından aşdığı bildirilən avtomobil dəmir arakəsmələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, yolda tıxac yaranıb.  

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!