Moskva ilə Tbilisi arasında Ermənistan üçün ticarət koridorunun yaradılması barədə razılaşmanın detalları məlum olub.
Modern.az xəbər verir ki, Cənubi Osetiya və Abxaziyadan keçəcək yeni nəqliyyat dəhlizinin marşrutları açıqlanıb.
Belə ki, dəhlizlərdən biri Rusiyanın Soçi şəhərindən başlayaraq Abxaziyanın Qara dəniz sahili boyunca gedəcək və Gürcüstanın Zuqdidi şəhəri ilə birləşəcək.
İkinci koridor isə Şimali Osetiyanın Nar kəndindən başlayaraq Cənubi Osetiya ərazisində, daha sonra isə Gürcüstanın Qori şəhərinə qədər uzanacaq.
Ermənistanı Rusiyaya birləşdirən 3-cü dəhliz isə tez-tez kəskin hava şəraitinə görə bağlanan Yuxarı Lars sərhəd keçid məntəqəsindən keçir.
Vüqar İSMAYILOV