Milli Məclisin növbəti plenar iclası fevralın 24-də keçiriləcək.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Akif Təvəkküloğlu plenar iclasın gündəliyində yalnız Xocalı soyqırımının 25 illiyi ilə bağlı qərar layihələrinin daxil olunduğunu bildirib.
“Həmin iclas zamanı Xocalı soyqırımı ilə bağlı müəyyən qərarların qəbul olunacağı gözlənilir”.
Mirmahmud KAZIMOĞLU