“Orxanın ekstradisiyası hələ ki gecikir”. Bu haqda Modern.az-a Rusiyada 17 il azadlıqdan məhrum edilən azərbaycanlı Orxan Zeynalovun atası Zahid Zeynalov deyib.
Atası bildirib ki, yaxınları imkan olduqca O.Zeynalova baş çəkir:
“Bu haqda uzaqdan-uzağa nə deyə bilərəm ki? Amma bir çox hallarda onunla görüşə süni məhdudiyyət yaradırlar. Apardıqlarımızı özünə vermirlər”.
Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI