“BakuBus” dan sevgililər günü hədiyyəsi aldı
14 fevralın axşam saatlarında “Sahil” metrostansiyası dayanacağında “BakuBus” avtobusundan enən sərnişin, sevgililər günü hədiyyəsini avtobusun salonunda unudub. Dərhal “BakuBus”un qaynar xəttinə zəng edən sərnişin hədiyyənin onun üçün həm mənəvi dəyəri olduğunu bildirib. O, eyni zamanda şirkətdən hədiyyənin tapılaraq geri qaytarılmasında köməklik göstərilməsini xahiş edib. Hədiyə tapılaraq bu gün öz sahibinə təhvil verilib.
Məsələ ilə bağlı “Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev Modern.az-a bildirib ki, sərişinlərin avtobus salonlarında unutduqları əşyalar (əgər digər sərnişinlər tərəfindən götürülməyibsə) sonuncu dayanacaqda dispetçer tərəfindən götürülərək (kamerə altında) inzibati binaya göndərilir . Sonra həmin əşyalar nömrələnir və kompüter proqramında qeydiyyatdan keçirilir”.
M.Piriyev qeyd edib ki, sərnişin təklif və şikayətlərinin dinlənilməsi üçün şirkətin “qaynar xətt”i fəaliyyət göstərir:
“ “Baku Bus”un qaynar xəttində (*4242) itmiş əşyalarla bağlı ayrıca bölmə yaradılıb. Əşyanın itirilməsi ilə bağlı məlumat daxil olubsa dərhal sahibinə xəbər verilir. Həmin şəxs 24 saat fəaliyyət göstərən qaynar xəttə müraciət edə bilərlər.
Bununla yanaşı istənilən halda avtobusda qiymətli əşyalarını itirmiş sərnişinlərə polis orqanlarına müraciət etmələri tövsiyə olunur. O ki, qaldı sevgililər günü hədiyyəsini avtobusumuzda unudan sərnişinimizə, onu deyə bilərəm ki, həmin şəxs doğrudan da hərtərəfli şanslı insandır. Ən azı ictimai nəqliyyat seçimində”.
Gülşən RAUFQIZI