İspaniya statistikləri Avropa İttifaqına üzv olan 27 ölkə vətəndaşlarının fiziki fəallığının səviyyəsini öyrəniblər.
Modern.az xarici mediaya istinadən bildirir ki, ən yüksək fiziki fəallıq İsveç, Danimarka və Finlandiyada qeydə alınıb.
Bir qədər az fəallıq ölan ölkələr Sloveniya, Hollandiya, Belçika, Almaniya, Lüksemburq, Böyük Britaniya, Fransa, Avstriya, İrlandiya və Maltadır.
Fiziki hazırlığa az diqqət yetirilən ölkələr Rumıniya, Macarıstan, İtaliya, Polşa və Portuqaliyadır.
Bu göstəriciyə görə ən pis vəxziyyət Bolqarıstan və Yunanıstandadır.
Avropa İttifaqına üzv olan qalan ölkələr (Latviya, Litva, İspaniya, Çexiya, Slovakiya və Kipr) aralıq mövqe tuturlar.
Bu fərqliliyin səbəbini alimlər təhsilin səviyyəsi, əmək fəaliyyətinin xarakteri və araşdırma aparılan ölkələrdəki əhalinin maliyyə vəziyyəti ilə izah edirlər.
Modern.az