Moskvanın “Lokomotiv” futbol klubunun keçmiş hücumçusu Qarri О’Konnor Edinburqdakı mağazadan pencək oğurladığına görə 900 funt sterlinq (1100 dollar) cərimələnib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, idmançı günahını boynuna alıb. Məhkəmənin qərarı ilə 33 yaşlı şotlandiyalı dövlətə 200 funt cərimə ödəyəcək.
Bundan əlavə, daha 700 funtu futbolçu mağazaya dəyən zərərin kompensasiyası kimi ödəməlidir.
Qarri “Lokomotiv”də 2006-2007-ci illərdə oynayıb. Onun sonuncu klubu Şotlaniyadının 4-cü diviziyasındakı “Selkirk” olub. O, həmin klubun heyətində 2015/16-cı il mövsümündə çıxış edib.
Hücumçu Şotlandiya millisinin heyətində 16 oyunda meydana çıxıb, 4 qol vurub.
Modern.az