Modern.az

Türkiyə futbol üzrə “Avro-2024”ə ev sahibliyi etmək istəyir

Türkiyə futbol üzrə “Avro-2024”ə ev sahibliyi etmək istəyir

15 Fevral 2017, 15:28

Türkiyə Futbol Federasiyası (TFF) 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə TFF-nin rəhbəri İldırım Dəmirörən bildirib.

O, bununla əlaqədar martın 2-də UEFA-ya rəsmi qaydada müraciət edəcəklərini deyib. Türkiyənin futbol üzrə Avropa çempionatlarına ev sahibliyi ilə əlaqədar daha əvvəl üç dəfə müraciət etdiyini vurğulayan İ.Dəmirörən deyib ki, UEFA “Avro-2024”ün keçiriləcəyi ölkənin adını gələn ilin sentyabrında açıqlayacaq. O bildirib ki, Türkiyə Avropada, hətta dünyada bir neçə il ərzində 32 stadionun inşa olunduğu yeganə ölkədir.

Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç isə ölkəsinin idman sahəsində istənilən mötəbər yarışa ev sahibliyi etmək iqtidarında olduğunu bildirib.

Xatırladaq ki, “Avro-2024”ə ev sahibliyi etmək üçün müraciətlər martın 3-dək qəbul olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!