Modern.az

Jurnalistləri birbaşa efirdə güllələdilər

Jurnalistləri birbaşa efirdə güllələdilər

15 Fevral 2017, 15:59

Dominikan Respublikasında radionun birbaşa efirində 2 jurnalistin öldürülməsindən sonra 3 nəfər saxlanılıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, jurnalistlərdən biri 103FM radiosunun efirində “Facebook”la birbaşa yayım aparıb.

 

Aparıcı Luis Manelya Medinanın iki dəqiqə çəkən çıxışından sonra efirdən atəş səsləri və qadın qışqırtısı eşidilib. Medinadan başqa prodüsser Leo Martines də ölüb.

 

Daha bir qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Polisdən verilən xəbərə görə, hücum Dominikanın paytaxtı Santo-Dominqonu şərqindəki San-Pedri-de-Makorisdə qeydə alınıb.

 

Saxlanılanlara hələ ki ittiham irəli sürülməyib. Polisdən bildirilib ki, hücumun motivləri bəlli deyil

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR