Modern.az

Bakıdakı xəstəxanada xəstə intihara cəhd etdi

Bakıdakı xəstəxanada xəstə intihara cəhd etdi

15 Fevral 2017, 16:07

Bakıda xəstə sərxoş vəziyyətdə müalicə aldığı xəstəxanada intihar etmək istəyib.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən T.Quliyev adına xəstəxanada qeydə alınıb.

Zaqatala rayon sakini 1973-cü il təvəllüdlü B.M. sərxoş vəziyyətdə xəstəxananın dördüncü mərtəbəsindən intihar məqsədi ilə özünü atmaq istəyib. Polis əməkdaşları onu fikrindən daşındıraraq intiharın qarşısını alıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!