ABŞ prezidenti Donald Trampın qızı İvankanın “Twitter”dəki fotosu qızğın müzakirələrə səbəb olub.
Modern.az xarici mediaya istinadən bildirir ki, sosial şəbəkə istifadəçilərinin mübahisəsinə səbəb dövlət başçısının qızının Oval kabinetdə onun yerində oturması olub.
Bu fotoda İvankanın bir tərəfində Donald Tramp, digər tərəfində Kanadının baş naziri Castin Tryudo dayanıb.
Qeyd etmək lazımdır ki, ənənəyə görə, Oval kabinetdə stolun başında həmişə Amerika prezidenti oturur. Sosial şəbəkə istifadəçiulərinin əksəriyyəti bunu İvankaya xatırladıblar.
Bəziləri isə məsləhət görüblər ki, istirahət üçün başqa yer tapmaq lazımdır.
“Heç kimin seçmədiyi qadın bu stolun arxasında oturmamalıdır”, - şəbəkə istifadəçiləri belə yazıblar.
Bəzilərinin fikrincə, İvanka bu stolun arxasında oturmaq üçün heç nə etməyib, yalnız qalstuklu varlı atasının qızı kimi dünyaya gəlib.
Qeyd edək ki, bu foto Tramp və Tryudonun ABŞ və Kanadada biznesə rəhbərlik edən qadınlarla keçirdiyi görüşdən sonra çəkilib.
Modern.az