İraqda partlayış törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, paytaxt Bağdadda minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb. Partlayış əsasən şiələrin məskunlaşdığı Mədiant-əs-Sədr rayonunda baş verib.
Qeyd edək ki, güclü təsirə malik belə partlayışlar güclü istilik, qaz, səs və işıqla müşayiət olunur. Bu zaman, əsasən, daxili orqanların zədələnməsi və yanğın xəsarətləri nəticəsində insan tələfatı qeydə alınır.
Modern.az