Modern.az

Qatar minik maşınını vurdu:  Bir ailənin 3 üzvü öldü, Yenilənib

Qatar minik maşınını vurdu:  Bir ailənin 3 üzvü öldü, Yenilənib

15 Fevral 2017, 21:15

Şaatlının Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin  kimliyi məlum olub.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.  Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada həlak olan bu ailə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumlarıdır. Belə ki qəzada həlak olmuş Güloğlan Ağayevin həyat yoldaşı Həsən Həsənovun bacısıdır.

 

20:50

 

Saatlı rayonunda ağır yol qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

 

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR