Modern.az

Paytaxtda qətlə yetirilən gəncin kimliyi bilinib - Yenilənib

Paytaxtda qətlə yetirilən gəncin kimliyi bilinib - Yenilənib

16 Fevral 2017, 00:06

Paytaxtda küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub.  Modern.az saytı  APA-ya istinadən xəbər verir ki,  o, 1984-cü il təvəllüdlü Hüseynov İslam Fəzail oğludur.

İslam Hüseynovun qohumu tərəfindən bıçaqlandığı, yaralı vəziyyətdə Zeynal Xəlil küçəsinə qədər gəldiyi və orda dünyasını dəyişdiyi bildirilir. Meyiti Zeynal Xəlil küçəsi, 307 ünvanının sakinləri tapıblar və polisə məlumat veriblər.

 

21:41

 

Bakıda qətl törədilib.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Zeynal Xəlil küçəsi,  307 saylı evin qarşısında naməlum kişi meyiti tapılıb. Onun bıçaqla qətlə yetirildiyi bildirilir.

 

Hazırda hadisə yerində Nərimanov rayon polis və prokurorluğunun əməkdaşları işləyir.

 

Qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilir. Onuna hadisə yerində və yaxud digər yerdə bıçaqlandığı dəqiqləşdirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!