Dominikanda yerli radiostansiyanın canlı efiri zamanı jurnalistlər güllələnib. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs studiyaya daxil olub və əməkdaşlara atəş açmağa başlayıb.
Güllə səsləri onlayn yayıma da eşidilə biləcək səviyyədə düşüb.
Hadisəni törədən 3 şəxs saxlanılıb.
Silahlı hücum zamanı aparıcı Luis Manuel Medina və prodüser Leo Martines ölüb, bir jurnalist isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Modern.az