Modern.az

22 futbolçu ömürlük cəza alıb

22 futbolçu ömürlük cəza alıb

15 Fevral 2017, 23:50

Asiya Futbol Konfederasiyası (AFK) sərt qərarlarla gündəmə gəlib. Modern.az Apasport.az-a istinadən bildirir ki, AFK 22 oyunçunu futboldan uzaqlaşdırıb.

Buna səbəb həmin futbolçuların danışılmış oyunlarda iştirak etmələridi. Belə ki, oyunçular çempionat matçlarında qeyri-qanuni yola əl atdıqları üçün ömürlük diskvalifikasiyaya məruz qalıblar. Cəzalandırılanlar arasında əslən Laos və Kambocadan olan və karyerasını bitirənlər də var. Araşdırma davam etdiyindən, hələlik həmin oyunçuların adları açıqlanmır.

 

Qeyd edək ki, FİFA sanksiyaları beynəlxalq miqyasda genişləndirə bilər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB