Modern.az

İtkin düşən daha bir neftçinin meyiti tapılıb

İtkin düşən daha bir neftçinin meyiti tapılıb

Aktual

17 Fevral 2017, 22:55

"Bu gün Ələt qəsəbəsi ərazisində Hamamdağ deyilən ərazi yaxınlığında balıqçılar tərəfindən meyit tapılıb. Meyiti aşkarlayan balıqçı bizim qəsəbənin sakinidir. Həmin şəxs bu barədə dövlət qurumlarına da məlumat verib. Bu məlumatı alandan sonra itkin düşən neftçilərin yaxınları, qəsəbə sakinləri ilə birgə həmin əraziyə yollandıq. Oraya gələn SOCAR-ın və digər qurumların əməkdaşları cəsədi sudan çıxararaq apardı". Modern.az saytı xəbər verir ki, bunu Xəzərdə itkin düşmüş neftçilər Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov bildirib.

H.Qayıbovun sözlərinə görə, tapılan meyitin kimə məxsus olduğu barədə qəsəbə sakinlərinə heç bir məlumat verilməyib: "Bizə bildirdilər ki, meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparırlar. Araşdırmadan sonra dəqiq məlumat bilinəcək. Amma meyiti aşkarlayan balıqçının dediyi əlamətlərə görə, tapılan itkin düşən neftçilərdən biridir. Tanıyanlar deyir ki, həmin əlamətlər "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində operator işləyən Sumqayıt sakininə uyğun gəlir".

 

 

Qeyd edək ki, tapılan meyitin kimə məxsus olmasını əlaqədar qurumlarla dəqiqləşdirmək istəsək də, cəhdlərimiz baş tutmadı.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?