Türkiyənin Şanlıurfa vilayətində partlayış törədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb. Hadisə zamanı daha 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Modern.az