Modern.az

Bakıdakı 1 nömrəli avtobusun son dayanacağı dəyişdi

Bakıdakı 1 nömrəli avtobusun son dayanacağı dəyişdi

Aktual

18 Fevral 2017, 13:58

Bakı şəhərində 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.

Modern.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr şöbəsindən bildirilib ki, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi deyil, metronun “Neftçilər” stansiyası ətrafı müəyyən edilib.
Belə ki, 1 nömrəli marşrut üzrə avtobuslar şəhər mərkəzindən gələrkən Heydər Əliyev prospekti ilə hərəkət edərək Mikayıl Əliyev küçəsindəki dairədən, eləcə də Mehdi Abbasov və Azər Manafov küçələrindən keçməklə Qara Qarayev prospektinə daxil olaraq “Dakar” meydanınadək hərəkət edəcək. Məqsəd, Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir.

Məlumat üçün bildirək ki, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 18 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edir.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!